“Frayburq”un gündəliyi: Bu gün səfərlə “Bayer”lə, 5 gün sonra evdə “Qarabağ”la

3 Sentyabr 2022 14:20 Almaniya 582
“Frayburq”un gündəliyi: Bu gün səfərlə “Bayer”lə, 5 gün sonra evdə “Qarabağ”la

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın ilk rəqibi olan “Frayburq” bu gün Almaniya bundesliqasında növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, onlar 5-ci turda səfərdə “Bayer”lə (Leverkuzen) qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

4 oyundan sonra “Frayburq” 9 xalla 4-cü, “Bayer” 3 xalla 13-cü pilləni tutur. Lider “Borussiya” Dortmundun 5 turdan 12, ikinci-üçüncü yeri tutan “Bavariya” ilə “Union”un 4 turdan 10 xalı var.

“Fraybuq”la “Qarabağ” arasında oyun sentyabrın 8-də Almaniyada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti