"Qarabağ"ın prezidenti Xorvatiyadakı səfirlə bir arada

21 Avqust 2024 00:30 Qarabağ 915
"Qarabağ"ın prezidenti Xorvatiyadakı səfirlə bir arada

“Qarabağ”ın prezidenti Tahir Gözel Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.

Sportinfo.az xəbər verir ki, görüş Azərbaycanın Xorvatiyadakı səfirliyində baş tutub.

Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub.

Klubun Xorvatiya səfərində də komandanı tək qoymayan Tahir Gözel səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib.

Görüş zamanı “Qarabağ”ın uğurları, klubun artıq bir brendə çevrilməsi və bütün dünyanın komandamızla, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov komandaya uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM