Almaniya millisini "Uembli"də məşqə buraxmadılar

26 İyun 2021 21:30 Almaniya 528
Almaniya millisini "Uembli"də məşqə buraxmadılar

Almaniya millisi İngiltərə ilə qarşılaşacağı Avropa çempionatının 1/8 final mərhələsinin oyunundan əvvəl "Uembli" stadionunda məşqə çıxa bilməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının sözçüsü Yens Grittner "Sky Germany" nəşrinə açıqlamasında bildirib.

Grittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib:

"Orada məşq keçirmək istəyirdik. Bunu edə bilmədiyimiz üçün üzülürük. Çünki bizi turnirin vacib oyunu gözləyir".

Bu gün "Uembli" stadionunda İtaliya və Avstriya komandaları arasında 1/8 final matçı olacaq. İngiltərə - Almaniya görüşü isə iyunun 29-da eyni arenada gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"