"Problemim yoxdur və küsməmişəm ki, onunla barışım"

16 May 10:00 Almaniya 370
"Problemim yoxdur və küsməmişəm ki, onunla barışım"

Almaniya Futbol Federasiyasının milli komanalar üzrə direktoru Oliver Birhoff Məsut Özilin yığma komandadan getməsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis hazırda "Fənərbaxça"da çıxış edən futbolçu ilə danışmaq istədiyini deyib:

"Özili yenidən görmək, danışmaq istəyirəm. Söhbətləşsək, şad olardım. Görüşümüz üçün mətbuata açıqlama vermək lazım deyil.

2018-ci ildə millidən gedərkən onun hisslərini düzgün qiymətləndirmədim. Həmin vaxt yaşananlar da federasiyanın diqqətini dağıtmışdı. Artıq uzun zamandır Məsutla görüşmürəm.

1-2 dəfə mesaj yazdım, uşağının doğum gününü təbrik etdim. Türkiyədə özünə yeni həyat qurub, onun seçiminə görə sevinirəm. Özillə problemim yoxdur və küsməmişəm ki, onunla barışım".

Məsut Özil 2018-ci ildə Almaniya millisindəki karyerasını bitirib.

Digər Xəbərlər
Xəbər Lenti