Əlac yoxdur, sabiq baş məşqçini qaytarmaq istəyirlər

23 Fevral 2021 00:00 Almaniya 648
Əlac yoxdur, sabiq baş məşqçini qaytarmaq istəyirlər

“Şalke” Bundesliqada olduqca uğursuz çıxış edir.

Sportinfo.az xəbər verir ki, komanda sonuncu pillədə qərarlaşıb.

Klub rəhbərliyi isə artıq çıxış yolunun olmadığı qənaətindədir. Buna görə də, yeni komanda formalaşdırmaq planlaşdırılır.

Bu barədə məlumatı Almaniya yığmasının sabiq üzvü Lotar Matteus verib. O bildirib ki, rəhbərlik “Şalke”nin sabiq baş məşqçisi Domeniko Tedeskonu geri qaytarmaq niyyətindədir.

Tedesko hazırda Moskva “Spartak”ını çalışdırır. O, 2017-2019-cu illərdə “Şalke”nin baş məşqçisi olub.

Məlumata görə, əgər komanda Bundesliqanı tərk etsə, onda rəhbərlik yeni komanda formalaşdıracaq və bunun üçün də Tedeskonu komandaya dəvət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti