Azərbaycan gimnastları Varnada 5 medal qazandı

8 İyul 2019 11:12 Ağır atletika 661
Azərbaycan gimnastları Varnada 5 medal qazandı

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, ölkəni fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Luzan çoxnövçülük xalları əsasında əvvəlcə bürünc medal əldə edib. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə, top və lentlə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası bürünc medal qazandırıb.

Əkbərova isə lentlə çıxışlarına görə bürünc medal götürüb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM