COP29

Tanınmış klub rəhbəri AFFA-ya təklif etdi – LİMİT QOYUN!

24 Aprel 13:00 II Divizion 3 245
Tanınmış klub rəhbəri AFFA-ya təklif etdi – LİMİT QOYUN!

«Mənim AFFA-nın yeni rəhbərliyinə təklifim var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidov deyib,

Səkkiz illik aradan sonra fəaliyyətini bərpa edən klubun rəhbəri II Liqada yaş limitinin tətbiqini məqsədəuyğun sayır.

Uzun illərdir ölkə futboluna xidmət eləyən təcrübəli funksioner bildirir ki, bu çempionatda gənclərə üstünlük verilməlidir:

«İkinci Liqanın yaş ortalamasına görə ən cavan komandalarından biri «Dinamo»durr. Heyətimizin əsasını 17-19 yaşarası futbolçular təşkil edir.

Onlar da öz akademiyamızda yetişən uşaqlardır. Mən baxıram ki, yaşı 40-ı keçmiş xeyli futbolçu var İkinci Liqada.

Bir neçə il qabaq karyerasını bitirənlər yenidən geri qayıdıb. Mənim sözüm onların hamısına aid deyil.

Amma bir çoxu var ki, belə deyim, vaxtı keçib, futbola xeyirləri dəymir, gənclərin yolunu isə bağlayırlar. İstərdim ki, AFFA İcraiyyə Komitəsi növbəti iclasında bu məsələyə baxsın və İkinci Liqaya yaş limiti tətbiq etsin.

Məsələn, əsas heyətdə 6-7 gəncin oynaması şərti qoyulsun. Bu uşaqlar İkinci Liqada da oynamayacaqsa, harada oynayacaq?

Onlara da meydan və şans verilməlidir, ya yox? Yaşlılar özlərini hazır sayırsa, Premyer Liqada, orada olmursa, Birinci Liqada oynasınlar.

Heç olmasa, İkinci Liqanın qapıları cavanların üzünə tam açılmalıdır. Onsuz da, buradan Birinci Liqaya cəmi 1 komanda vəsiqə qazanacaq.

Elə gənclərlə də çempionatda nəsə əldə etmək mümkündür. Bunun üçün sadəcə, mövsümə vaxtında hazırlaşmaq lazımdır.

«Dinamo» çempionatda iştirakı ən sonda dəqiqləşən komandadır. Builki məqsədimiz çempionatda qalmaqdır.

AFFA növbəti mövsümdən yaş limiti tətbiq eləsə, düşünürəm ki, biz daha dinamik və maraqlı mübarizənin şahidi olarıq, xeyli sayda istedadlı gənc üzə çıxar».

Digər Xəbərlər
Xəbər Lenti