Rayona köçən klub məşhur şirkətlə 5 illik müqavilə bağladı – İLK DƏFƏ

19 İyul 2024 11:00 II Divizion 3 849
Rayona köçən klub məşhur şirkətlə 5 illik müqavilə bağladı – İLK DƏFƏ

Ötən mövsüm Region Liqasında çıxış edərək II Liqaya vəsiqə qazanan “Hypers” bundan sonra “Hypers Quba” adı altında mübarizə aparacaq.

Bölgəni təmsil etməyi qərara alan “hiperlər” daha bir addımla diqqətləri üzərinə çəkib.

“Hypers Quba” “Kelme” şirkəti ilə əməkdaşlıq edən ilk Azərbaycan klubu kimi tarixə düşüb. Geyim şirkəti ilə 5 illik müqavilə bağlanıb.

Qeyd edək ki, sözügedən şirkət İspaniyada “Espanyol”, Portuqaliyada “Boavişta”, İngiltərədə “Uotford”, “Uildson”, “Maydenhed Yunayted”, Rusiyada “Ural”, “Fakel” kimi klublarla geyim əməkdaşlığı edib və etməkdədir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?