Bunlar peşəkar çempionatda oynamaq istəyir? - VİDEO+FOTOLAR

2 Aprel 18:00 II Divizion 408
Bunlar peşəkar çempionatda oynamaq istəyir? - VİDEO+FOTOLAR

Azərbaycan II Liqasında XIX tura start verilib.

Çempionatın lideri "Baku Sportinq" ən yaxın izləyicisi olan "Füzuli"ni qəbul edib.

Binə qəsəbəsində keçirilən qarşılamnanın əhəmiyyətini nəzərə alan AFFA Əliyar Ağayevi bura göndərib. FİFA referisi sərt oyuna şərait yaradıb, bir-iki mübahisəli qərarla yadda qalıb, di gəl, əlini cibina atmayıb.

Komandalar qələbə naminə hücum futbolunu seçməyib. İlk hissədə Buzovna təmsilçisi üstün təsir bağışlayıbsa, fasilədən sonra füzulilər inseativi öz əlinə keçirib.

Ən təhlükəli epizodları da onlar yaradıb. Elvin Nəsibov və Emin Quliyev Elman Sultanovun çalışdırdığı kollektivə çətin anlar yaşadıb.

Bütün cəhdlərə rəğmən, qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Xallarını 43-ə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 42 xalı olan "Füzuli" isə 2-ci yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 120 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Müslüm Əliyev
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqə: yoxdur
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Baku Sportinq”

1. Cəfər Əlizadə
13. Comərd Baxşəliyev
19. Hüseyn Axundov
25. Qərib İbrahimov
(8. Aqşin Paşayev, 66)
27. Bəxtiyar Soltanov
9. Röyal Nəcəfov (k)
4. Elşad Manafov
7. Məhəmməd Xəlilov
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
(10. Elgün Abbaslı, 83)
5. Rəvan Kərimov
Ehtiyat oyunçular:
22. Vaqif Şirinbəyov
3. Taleh Babayev
14. Emil Həsənzadə
6. Ağası Babayev
2. Ramil Rüstəmov
99. Hakan Həsənov
15. Azad Rəcəbov
Baş məşqçi: Elman Sultanov

“Füzuli”

1. Kamil Nəzərli
77. Əziz Hüseynov (k)
6. Ceyhun Cavadov
(10. Vüsal Tahirov, 63)
5. İlyas Səfərzadə
9. Elvin Nəsibov
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
17. Elçin Rəhimli
20. Haqverdi Həsənov
(19. Cəsur Hüseynov, 79)
11. Emin Quliyev
18. Mehman Süleymanlı
Ehtiyat oyunçular:
12. Əyyub Əliyev
95. Əli İbrahimov
21. Elvin Mirzəyev
71. Sergey Markelov
44. Elmir Bədəlbəyli
88. Ramin Məhərrəmli
3. Nurlan Məmmədov
15. Nihad Ağayev
25. Bəxtiyar Zülfüqarlı
Baş məşqçi: Nadir Əliyev

Digər Xəbərlər
Xəbər Lenti