"Torpedo"nun müdafiəçisi Azərbaycanın bölgə klubunda

26 Noyabr 2023 12:20 I Divizion 2 685
"Torpedo"nun müdafiəçisi Azərbaycanın bölgə klubunda

I Liqada çıxış edən «Difai» ilk dövrədən sonra transfer çalışmalarını sürətləndirib.

Qarabağ qazilərinin təmsilçisi 3-cü yeni oyunçu ilə anlaşıb.

Ağsu komandası müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyevdən sonra Həsənəli Rəhimovla ortaq məxrəcə gəlib. Onunla gələn ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Rəhimov sol cinah müdafiəçisidir. Bura Rusiyadan gəlib.

20 yaşlı gəncin karyerası elə bu ölkəylə bağlıdır. Son olaraq Moskva «Torpedo»sunun ikinci komandasının formasını geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!