Çempionatın yeni iştirakçısı daha 4 nəfərlə yollarını ayırdı

6 Yanvar 2025 11:00 I Divizion 2 852
Çempionatın yeni iştirakçısı daha 4 nəfərlə yollarını ayırdı

İlk dəfə I Liqada qüvvəsini sınayan «Baku Sportinq»dən gedənlərin sayı 5-ə çatıb. Buzovna təmsilçisi

Elvin Dəmirovdan sonra Nazim Həsənzadə, Şahin Balejai, Xaqani Məmmədov və Fərid Tağıyev ilə yollarını ayırıb.

Çempionatın debütantı onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qəsəbə komandasının qarşıdakı günlərdə daha 2-3 nəfərlə vidalaşacağı gözlənilr.

Elman Sultanovun çalışdırdığı kollektiv 11 tura 14 xal toplayıb. Bu nəticə ilə 2024-cü ili turnir cədvəlinin 7-ci pilləsində tamamlayıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"