Azərbaycanın aşağı liqa klubu Türkiyəyə getməyə də pul tapdı

24 İyul 03:30 I Divizion 1 196
Azərbaycanın aşağı liqa klubu Türkiyəyə getməyə də pul tapdı

“Səbail” 2026–2027-ci il mövsümü üçün hazırlıqlara iyulun 27-də start verəcək.

Sportinfo.az xəbər verir ki, komanda baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyədə baş tutacaq. Komanda 10–25 avqust tarixlərində Bolu bölgəsində təlim-məşq toplanışında olacaq.

“Səbail” bu müddət ərzində “Bolu Termal Hotel”də məskunlaşacaq və hazırlıq proqramı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Yoxlama görüşlərinin tarixləri və rəqiblər dəqiqləşdikdən sonra əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”