AFFA rayon komandasının I Divizionda iştirakına razılıq verdi

15 Mart 2020 21:00 I Divizion 2 147
AFFA rayon komandasının I Divizionda iştirakına razılıq verdi

Gələn mövsümdən I Divizionda çıxış edəcək komandalardan biri, böyük ehtimalla, «Şamaxı» olacaq.

Sportinfo.az bu barədə məlumatı AFFA-dan əldə edib.

Redaksiyamıza bildirilib ki, Region Liqasında mübarizə aparan bölgə təmsilçisi aşağı dəstəyə buraxılması gözlənilən ən real namtzəddir. Yarımhəvəskar yarışda ikinci mövsümünü keçirən «Şamaxı» yerli İcra Hakimiyyəti tərəfindən himayə olunur.

İcra başçısı Tahir Məmmədovun AFFA rəhbərliyi ilə münasibətləri çox yaxındır. Şamaxının birinci şəxsi hazırda bir sıra sponsorlarla danışıqlar aparır və məqsəd onların klubun maliyyələşməsində iştirakını təmin etməkdir.

Cari mövsüm uğurlu çıxışı ilə yadda qalan «Şamaxı»nı Kənan Kərimov çalışdırır. Tahir Məmmədovun AFFA ilə görüşmələri rayonda yeni stadionun tikilməsinə razılıq verilməsiylə nəticələnib. İnşaatı SOCAR-ın törəmə şirkətləri aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti