"Kəpəz" yeni sponsoruna qovuşandan sonra – VİDEO+FOTOLAR

14 Fevral 2020 19:56 I Divizion 1 038
"Kəpəz" yeni sponsoruna qovuşandan sonra – VİDEO+FOTOLAR

I Divizonda XV turun oyunları çərçivəsində "Kəpəz" doğma meydanda "Keşlə 2" ilə qarşılaşıb.

Hesab 11-ci dəqiqədə qonaq komanda tərəfindən penalti zərbəsi ilə acılıb. Növbəti iki qol ev sahiblərindən gəlib.

34-cü dəqiqədə yeni transfer Tural Qürbətov və 43-cü dəqiqədə komandanın ən gənci - Ümüd Səmədov fərqlənib.

Qonaqlar ikinci hissənin ortasında (64 dəq) hesabı bərabarləşdirib. Bundan 4 dəqiqə sonra Qürbətov yenidən adını tabloya yazdırıb. Gəncəlilər olduqca maraqlı və bolqollu keçən oyunda qələbəni son dəqiqədə əldən verib.

Bu matçda stadion maraqlı hadisələr və dəyişimlərə səhnə olub. Onlardan biri «Kəpəz»in yeni sponsoru - Gəncə Beynəlxalq Xəstəxanasının tanıtım lövhəsinin arenanın giriş və çıxış qapılarına vurumasıdırsa, digəri texniki zonaların yenilənməsidir.

Ev sahiblərinin baş məşqçisi Yaşar Vahabzadənin oyuna əvvəldən axıra kimi əyaq üstə izləməsini və bəzən də əsəbləşərək futbolçularına aqressiv iradlar bildirməsini qeyd etməliyik.

Anar Əliyev

“Kəpəz” - “Keşlə-2” 3:3
Qollar
: Tural Qürbətov, 35, 67; Ümid Səmədov, 43 // Elmir Rəhimzadə, 11 (p.), 90+5; Pərviz Azadov, 64

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"