“Turan”ın sabiq çalışıdırıcısı Naci Şensoy Azərbaycan birinci divizionunun cari mövsümünün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Turan Tovuz”u təbrik edib. O, 2002-03, 2004-05 və 2012-ci illərdə "Turan"ı çalışdırıb. Sonradan bu komanda fəaliyyətini dayandırıb və hazırda Tovuzu "Turan Tovuz" təmsil edir.
Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis “facebook” səhifəsində vaxtilə “Turan”ı çalışdırdığını xatırladaraq, AFFA-nın aşağı liqanı çempion kimi başa vuran Tovuz təmsilçisinin Premyer Liqada çıxış etməsinə icazə verəcəyinə ümid etdiyini yazıb:
“Üç fərqli zamanda baş məşqçisi olduğum və xüsusilə, azarkeşləriylə möhtəşəm birlik formalaşdıraraq, uğurlara imza atdığım Azərbaycanın “Turan” komandasını 2-ci liqadakı çempionluğu münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, AFFA “Turan”a heç bir maneə yaratmaz və bu komanda layiq olduğu Premyer Liqada mübarizə aparar”.

