Sportinfo.az xəbər verir ki, “Zaqatala”nın baş məşqçisi Şaban Şirdanov I divizionun XXIV turu çərçivəsində “Səbail”lə evdə 1:1 başa çatan görüşdən sonra mətbuat konfransı keçirib. .
- İkinci yeri tutmaq üçün nəzəri cəhətdən şansımız qalırdı. Oyuna yaxşı başladıq. Üstün oyun göstərirdik. Təəssüf ki, fasilədən sonra bu tempi 2-ci yarıda saxlaya bilmədik. Deyərdim ki, fasilədən sonra qonaqların cəmi bir real şansı oldu və ondan da yararlandılar. Ümumi oyunu götürdükdə, hesab edirəm ki, nəticə ədalətlidi. Ancaq təəssüflənirəm ki, fasiləyədək əldə etdiyimiz fürsətləri boşa verdik.
Fasilədən sonra qonaqlar tempi artırdı, amma komandanız müdafiəyə çəkilmək əvəzinə, açıq futbola üstünlük verdi.
- Oyundan sonra danışmaq asandı. İlk yarıda 2-3 qol vursaydıq, fərqli suallar səslənərdi. Ancaq nəticə qənaətbəxş deyil və bu cür suallar təbiiləşir. Özünüz də gördünüz ki, ilk 45 dəqiqədə bir qol yox, 2-3 dəfə fərqlənməli idik. Eyni tempi qoruya bilmədik. Biz pressinq tətbiq edirdik. Sonadək bunu həyata keçirə bilmədik. Yaradılmış qol epizodlarına görə, biz qalib gəlməli idik, amma sərgilənən futbola görə, nəticəni ədalətli hesab edirəm. Tarixdə nəticə qalır və bu gün biz 1:1 oynadıq. Qismət beləymiş.

