"Divizionda oynadığıma görə məni yığmaya çağırmadılar"

15 Aprel 2017 00:53 I Divizion 1 035
"Divizionda oynadığıma görə məni yığmaya çağırmadılar"

Sportinfo.az xəbər verir ki, I Divizionun XXIV turu çərçivəsində keçirilən “Zaqatala” – “Səbail” matçından sonra əyalət təmsilçisinin yarımmüdafiəçisi Oruc Balaşlı sualları cavablandırıb:

Oyun haqqında nə deyə bilərsən?

- Önəmli oyun idi, itirdiyimiz xalı bərpa etmək üçün. Yaxşı başlamışdıq, amma sonradan fiziki çatdırmadıq.

İlk hissədə, rəqib çoxlu səhvlərə yol verdi, qol da vurdunuz. Bəs ikinci hissədə nə baş verdi?

- İkinci hissədə bir az zəif oynadıq. Onlar da üstümüzə gəlirdilər.

Səncə, Premyer Liqaya vəsiqə qazana biləcəksiniz?

- Əlimizdən gələni edəcəyik. Qarşıda “Ağsu” ilə oyunumuz var. Mövsümü maksimum nəticə ilə bitirmək istəyirik.

Rəhbərliyin bu barədə tələbi nədir?

- Tələb ilk iki pillədən birini tutmaq idi, amma bu alınmadı. Bilmirəm, 3-cü yeri tutmaq mümkün olacaq, ya yox. Amma əlimizdən gələni edəcəyik.

İslamiada üçün milli komandamıza çağırılacağın gözlənilirdi, amma bu, alınmadı. Bu, sənə necə təsir etdi?

- Getmək istəyirdim. Məni çağırmadılar. Yəqin ki, I Divizionda oynadığıma görə yığmaya çağırılmadım.

Son vaxtlar “Zaqatala” azarkeşləri baş məşqçini istefaya səsləyirlər. Səncə, uğursuzluğun səbəbi baş məşqçidi?

- Komandada işlər pis gedəndə həmişə məşqçini günahlandırırlar.

Maaşlarınızın verilmədiyi deyilir.

- İstər-istəməz bizə bunun da təsiri var. Hələ də verilməyib.

Komandanın uğursuzluğuna bu amilin səbəb olduğunu demək olar?

- Təsiri var, amma tam olaraq buna bağlamaq olmaz.

Bu mövsüm özünü yaxşı tərəfdən göstərə bildin, hazırda çempionatın bombardirisən. Premyer Liqa klublarından təklif gözləyirsən?

- Əlbəttə. Hədəfim Premyer Liqada oynamaqdı.

Az məbləğə Premyer Liqanın orta səviyyəli klublarında oynaya bilərsən?

- “Zaqatala” ilə Premyer Liqaya çıxmaq istəyirəm. O alınmasa, qəbul edərəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti