Tovuzun icra başçısı "Turan"a nə vəd etdi? - FOTOLAR

15 Aprel 2017 00:34 I Divizion 1 729
Tovuzun icra başçısı "Turan"a nə vəd etdi? - FOTOLAR

"Turan Tovuz" I Divizionda 2016/17 mövsümünün qalibi olub. Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin çempionluğu bu gün rəsmiləşib. Belə ki, 24-cü tur çərçivəsində səfərdə "Zaqatala" ilə qarşılaşan "Turan Tovuz"un ən yaxın icləyicisi "Səbail" bu görüşdə xal itkisi ilə üzləşib - 1:1. Bu isə Əsgər Abdullayevin komandasının mövsümün sonuna 2 tur qalmış çempionluğunu rəsmiləşdirməsi ilə nəticələnib.

Hazırda "Turan Tovuz" 57 xalla ilk sırada, "Səbail" isə 51 xalla ikinci pillədə qərarlaşıb. Düzdü, tovuzlular son iki oyunda uduzsa və “Səbail” 2 oyunda 6 xal qazansa, bu fərq aradan qalxa bilər. Amma şəxsi oyunlardakı üstünlük "Turan Tovuz"un tərəfindədi.

"Turan"ın çempionluğunun rəsmiləşdiyi məlum olan andan Tovuzda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Stadiondan başlayan bayram ab-havası şəhərin mərkəzi meydanına kimi davam edib. Rayon rəhbərliyi, eləcə də bütün tovuzlu azarkeşlər meydana axışaraq çempionluğu qeyd ediblər. Bayram tədbirləri günlərlə davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM