“Neftçi”də oynadığım zaman oyun praktikası çox az qazanırdım"

14 Aprel 2017 18:36 I Divizion 922
“Neftçi”də oynadığım zaman oyun praktikası çox az qazanırdım"

“Səbail”in futbolçusu Orxan Qurbanlı I divizionda martın ən gözəl müəllifi seçildi. Sportinfo.az xəbər verir ki, bu gün baş tutan “Zaqatala”yla (1:1) səfər oyunundan sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Komanda yoldaşlarıma təşəkkür edirəm. Meydanda ciddi mübarizə getdi. İlk yarıda rəqib, fasilədən sonra biz yaxşı oynadıq. O ki qaldı qolumun nominasiya qalibi olmasına, öz üzərimdə daim çalışırdım.

Vurduğun qolla qalib olacağını gözləyirdin?
- Düzü, Raulun qolunu daha gözəl sayıram. Lakin hər kəsin seçiminə hörmət edirəm və vurduğum qola səs verənlərə təşəkkür edirəm.

Bu, sənin üçün stimul olacaq?
- Birmənalı şəkildə. Premyer Liqada belə bir nominasiya yoxdu. Sağ olsun PFL rəhbərliyi ki, bizi bu cür həvəsləndirir.

Özünü Premyer Liqaya hazır sayırsan?
- Premyer Liqa təcrübəm azdı. “Neftçi”də oynadığım zaman oyun praktikası çox az qazanırdım. Amma hesab edirəm ki, Premyer Liqada oynaya bilərəm (sport24).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti