Əsgər Abdullayev "Şəmkir"lə anlaşdı - Pula və oğluna görə getdi

14 Aprel 2017 12:36 I Divizion 1 969
Əsgər Abdullayev "Şəmkir"lə anlaşdı - Pula və oğluna görə getdi

"Turan Tovuz"un baş məşqçisi Əsgər Abdullayev klub rəhbərliyinə xəyanət edib. Sportinfo.az-ın aldığı məlumata görə, dünən Premyer Liqaya vəsiqə qazanan I Divizion klubunun çalışdırıcısı onları aldadıb. MOİK-i 1:0 udduqları matçdan sonra elita planları barədə ağızdolusu danışan mütəxəssis, sən demə, gözdən pərdə asırmış.

O, oyundan sonra "Şəmkir"in prezidenti Elvin Səfərlinin avtomobilində gizlicə qonşu rayona yola düşüb. Və gecəyədək onunla bərabər olub. AFFA-nın "Şəmkir"i Premyer Liqaya buraxacağı vədi ilə Abdullayevin "saqqızını oğurlayan" Səfərli onu bazayla tanış edib, görmək istədiyi işlərdən saatlarla danışıb, daha sonra qonaqlıq verib.

Abdullayev "Şəmkir"də çalışacaq – əgər federasiya həqiqətən də bu klubun güclülər dəstəsində iştirakına razılıq versə. Onu bura gətirən bir səbəb çoclu pul qazanmaqdısa, digər bir səbəb oğlu Kənanı işlə təmin etməkdi. "Şəmkir"in patronu söz verib ki, o, müqaviləyə qol çəksə, övladına şirkətlərinin birində vəzifəyə qoyacaq.

Badri Kvaratsxeliya? Fevralın 16-da baş məşqçi postundan istefa verən Qəhrəman Əliyevi əvəzləyən gürcü yenə də "Şəmkir"də qalacaq. Ə.Abdullayevin köməkçisi, yaxud idman direktoru kimi. Elvin Səfərli "Turan"ın sükançısını bura gətirənədək bir neçə məşqçiylə də danışıqlar aparıb. Aqil Məmmədov, Arif Əsədov və başqaları onun təklifini qəbul etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti