AFFA "Turan"ı Premyer Liqaya buraxmır, Abdullayev Tovuzdan gedir

14 Aprel 2017 10:12 I Divizion 1 207
AFFA "Turan"ı Premyer Liqaya buraxmır, Abdullayev Tovuzdan gedir

Bu gün I Divizionda XXIV tura yekun vrulacaq. Dünən isə "Turan" doğma azarkeşləri önündə MOİK-i qəbul edib. Tovuzlulara minimal hesablı qələbə qazandıran qola 90+2-ci dəqiqədə Rəhman Musayev imza atıb. 1:0 hesablı qələbədən sonra xallarının sayını 57-ə yüksəldən Əsgər Abdullayevin komandası sona 2 tur qalmış ən azı "gümüş"ü təmin edib.

Bu nəticə həm də "Turan Tovuz"un Premyer Liqaya vəsiqə qazanmasını rəsmiləşdirib. İidman prinsipləri ilə elitaya yüksələn qərblilər burda çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək. Reqlamentə əsasən, ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orda sonuncu olan isə diviziona düşür.

Baş məşqçi Əsgər Abdullayev dünən verdiyi açıqlamada "işimizi 90 faiz yerinə yetirmişik. Qalanı rəhbərliyin üzərinə düşür” demişdi. O, elita yolunda yeganə problemin maliyyə ilə bağlı olduğunu vurğulamışdı: “Premyer Liqada iştirak etmək üçün “Turan Tovuz”da çatışmayan bir şey yoxdu. Aşağı yaş qrupu komandalarımız mövcuddu, çox yaxşı stadionumuz var. Hər şey normaldı. Qalır yalnız maliyyə məsələsi. Buna da rəhbərlik səviyyəsində baxılacaq.

Bildiyiniz kimi, komanda AFFA-dan maliyyələşdirilir. Yəqin ki, elitada iştirak üçün hazırkı maliyyə çox aşağıdı. Bu barədə tam açıqlama verə bilmərəm. Çünki mənim səlahiyyətimdə deyil. Amma rəhbərliyimiz də çox istəklidi. Hər oyunumuza gəlir, komandanı dəstəkləyirlər. Bizimlə tez-tez görüşüb, “Turan Tovuz”u Premyer Liqada görmək istədiklərini bildirirlər. Azarkeşlərimiz də matçlarımıza gəlirlər. Bütün Tovuz əhalisi komandanı Premyer Liqada görür, bizim elitaya qayıtmağımızı istəyir”.

O özü də bilir ki, nə boyda yalan danışır. Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxəssis sezonun başa çatmasına 2 tur qalmış Tovuzdan ayrılmağı qətiləşdirib. Çünki klub rəhbərliyi onun bir şəxsi xahişini yerinə yetirməyib. Ə.Abdullayevə bu da məlumdu ki, Rövnəq Abdullayevin "Turan"ı liqaya gətirmək fikri yoxdu.

Bu, AFFA prezidentinin qərb təmsilçisinə antipatiya bəsləməsindən qaynaqlanmır. Səbəb odu kii, rayon rəhbərliyi "Turan"a əməli qayğı göstərmir, ortada yeyib, qıraqda gəzir. Çempionatın vahid lideri hər ay federasiya vasitəsilə SOCAR-dan 30 min manata yaxın vəsait alsa da, yerli dairlərin əli cibinə getmir, Abdullayevi hövsələdən çıxaran da bu laqeyd münasibətdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti