"Səbail"dən PFL-ə "sağol"

14 Aprel 2017 10:00 I Divizion 825
"Səbail"dən PFL-ə "sağol"

Bildiyiniz kimi, "Səbail"in futbolçusu Orxan Qurbanlının "Energetik"in qapısından keçirdiyi qol Peşəkar Futbol Liqası (PFL) tərəfindən I Divizionda mart ayının ən yaxşı qolu seçilib. Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi klubun səhifəsinə danışıb:

"Şadam ki, vurduğum qol ayın ən yaxşı qolu seçildi. Məşqlərdə cərimə zərbələri üzərində xüsusi olaraq məşq edirəm. "Energetik"lə oyunda da məşqlərim öz nəticəsini verdi. Çalışacam ki, qollarımın ardını gətirim və komandaya xeyir verməyə davam edim. Mənə səs verən bütün azarkeşlərə və PFL-ə təşəkkür edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti