"Turan Tovuz” Premyer Liqaya vəsiqə qazanıb. Sportinfo.az-ın məlumatına görə, bu, qərb təmsilçisinin I Divizionunun XXIV turu çərçivəsində MOİK-i 1:0 hesabı ilə məğlub etməsi ilə rəsmiləşib. Yeganə qolu uzatma dəqiqələrində Rəhman Musayev vurub.
Növbəti qələbə sayəsində xalını 57-yə çatıran "Turan Tovuz” sona 2 tur qalmış ilk 2 pillədən birini özünə təmin edib. Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən Əsasnaməyə uyğun olaraq, 2016/2017 mövsümündə I divizionda ilk üç pilləni tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

