Sultanov “Səbail”in liderini Zaqatala səfərinə aparmadı

13 Aprel 2017 20:00 I Divizion 830
Sultanov “Səbail”in liderini Zaqatala səfərinə aparmadı

Sabah I Divizionda 24-cü tur davam edəcək. "Səbail" "Zaqatala"nın qonağı olacaq. Sportinfo.az xəbər verir ki, bakılılar bu gün səhər saatlarında Zaqatalaya çatıb. "Aslanlar" günorta saatlarında Zaqatala şəhər stadionunda məşqə çıxıb. Çalışmalar təxminən 40 dəqiqə davam edib.

Qonaqların heyətində yeganə zədəli oyunçu Eltun Yaqubludur ki, müdafiəçi komandayla birgə səfərə aparılmayıb. "Mil-Muğan"la matçda sıradan çıxan digər müdafiəçi Qvanzav Maqomedov isə komandayla birgə Zaqataladadır və sabah baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti