"İcazə versələr, gələn mövsüm Premyer Liqada oynayarıq"

13 Aprel 2017 18:12 I Divizion 1 436
"İcazə versələr, gələn mövsüm Premyer Liqada oynayarıq"

"Çempionatın başa çatmasına cəmi 2 tur qalıb. Bugünkü oyunda qələbə bizim üçün çox əhəmiyyətli idi. Çünki mövsümü liderlər qrupunda bitirmək istəyirik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev deyib.

I Divizionda 24-cü tura bu gün start verilib. "Turan" Tovuzda MOİK-ə minimal hesabla qalib gələrək, faktiki olaraq qızıl medalları özü üçün təmin edib. "Qaradağ Lökbatan" isə çətin İmişli səfərindən 3 xalla dönüb. "Mil-Muğan"ı 4:2 üstələyən qəsəbə təmsilçisi xallarının sayını 49-a çatdırıb və turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

T.Mustafayevin bildirdiyinə görə, rəhbəri olduğu klub gələn sezon Premyer Liqada mübarizə aparmağa iddialıdı: "İcazə versələr, oynayarıq. Biz öz tərəfimizdən lazım olan bütün işləri görürük. Lisenziyalaşdırmanın meyarlarını yerinə yetiririk. Sənədlərin bir hissəsini artıq AFFA-ya göndərmişik. İşimizi bir qədər yüngülləşdirmişik. Bir-iki məsələ var, bu da klubdaxili işdi, mətbuata hələ açıqlamaq istəmirik.

Sponsorla bağlı nə yenilik olacaqsa, ictimaiyyətə açıqlama verəcəyik. Ötən ilin ikinci yarısından başlayaraq bir çox işlər görmüşük. Stadion və bazamız tələblərə cavab verir. Maliyyə cəhətdən bugünədək heç bir problemlə qarşılaşmamışıq və Premyer Liqada oynasaq, yenə hər şey öz qaydasında gedəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti