"AFFA bizə "Premyer Liqada oynayacaqsız" deməyib"

13 Yanvar 2020 17:38 I Divizion 1 349
"AFFA bizə "Premyer Liqada oynayacaqsız" deməyib"

"Klubumuzun gələn il Premyer Liqaya buraxılacağıyla bağlı bizə heç bir məlumat verilməyib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

AFFA-nın yeni "futbol ili"ndən etibarən elitada 10 klubun mübarizə aparmasını planlaşdırdığı bəllidir. İcraiyyə Komitəsinin son iclasında bu məsələyə bir də toxunulub və müvafiq tapşırıqlar verilib.

Hazırda Tovuz stadionunda böyük yenidənqurma işləri aparılır. Arena ilə yanaşı, baza da təmirə bağlanıb. Ötən ilin payızından başlayan inşaatın yaxın aylarda başa çatdırılması nəzərdə tutulub.

"Turan azarkeşləri də istəyir ki, komanda Premyer Liqada oynasın. Hələ AFFA-dan bir xəbər yoxdur. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin "Turan" və "Kəpəz" haqda söylədiyi fikirlərlə tanışam.

Tək Ramin müəllim deyil, bütün mütəxəssislər deyir ki, regionlardan Premyer Liqaya komanda gəlməlidir. Mənə görə də "Turan" Premyer Liqada oynamağa layiqdir.

O ki qaldı komandanın bir neçə futbolçusunun adının məlum danışılmış oyunlarda hallanmasına, bu bəla yalnız "Turan"ın, Azərbaycan futbolunun deyil, bütün dünya idmanının bir bəlasıdır".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu