"Şəmkir"in prezidenti sözünü tutdu, borcunu ödədi

13 Aprel 2017 10:12 I Divizion 850
"Şəmkir"in prezidenti sözünü tutdu, borcunu ödədi

"Şəmkir" rəhbərliyi ilə Qəhrəman Əliyev arasında yaranan maaş qalmaqalı həll olunmaq üzrədi. Bu barədə Sportinfo.az-a I Divizion klubunun keçmiş baş məşqçisinin özü məlumat verib. Onun sözlərinə görə, əyalət təmsilçisinin prezidenti Elvin Səfərli 1,5 aylış əməkhaqqı borcunun bir hissəsini artıq ödəyib:

"Elvin müəllim ötən gün 500 manat verdi. Qalan pulu isə yaxın 7-10 gün ərzində qaytaracaqlar. Yenə də sağ olsun! Mən elə adam deyiləm ki, kiminləsə pul davası eləyim. "Bakı"da 3 ilə yaxın bir qəpiksiz işləmişəm. Bir ay maaş almışam, beş ay almamışam.

Bu gün isə sıxıntılarım həddən artıq çoxdu. Elvin müəllim də bunu bilir, hamısını ona demişəm. Onunla aramızda həmişə qarşılıqlı hörmət olub. Pula görə münasibətlərin pozulmasını özüm də istəmirəm. Söz verib ki, qalan borcu yaxın günlərdə ödəyəcək.

Söylədi ki, bir az problemim var idi, indi-indi düzəlir. Dediyi sözü yerinə yetirəcəyinə inanıram. Mərd insandı. Mən ona həm işlərində, həm də "Şəmkir"dəki fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, "Şəmkir" onun rəhbərliyi altında uzun fasilədən sonra Premyer Liqaya qayıdacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti