"Şəmkir" yaxşı vəziyyətdə deyil. İndi qərb klubunda Premyer Liqa barədə heç nə fikirləşmirlər. Hamını bu sual düşündürür: "Görəsən, maaş borclarımız nə vaxt ödəniləcək?". Artıq 2 aydan çoxdu…
Elvin Səfərli fərqlənir yenə. "Şəmkir"in prezidenti həmişəki kimi optimistdi. Hörmətli başqan hələ də inanır ki, irəlidə hər şey yaxşı olacaq: həm mövcud problemlər həll olunacaq, həm də komanda elitaya yüksələcək.
İnanmırsız? Onda Elvin bəyin sosial şəbəkədə yaydığı bu şəkillərə baxın, görün, o, heç fikir çəkən adama oxşayır? "Şəmkir"lilər öz hayında, Səfərli Mingəçevirdə "krevet"in dadına baxır (Sportinfo.az).

