Azərbaycanlı futbolçu kürəyi ilə baxımlı qol vurdu - VİDEO

9 Fevral 09:40 I Divizion 1 116
Azərbaycanlı futbolçu kürəyi ilə baxımlı qol vurdu - VİDEO

Azərbaycan I Liqasında XIII tura start verilib.

"Difai" Şamaxıda "Araz Saatlı"nı qəbul edib.

Qarşılaşma nominal ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarabağ qazlərinin təmsilçisi hesabı erkən açıb - Seymur Rəhimov əks-hücumu gözəl zərbəylə tamamlayıb.

17-ci dəqiqədə Rəhman Quliyev çempionatın ən maraqlı qollarından birinə imza atıb. Yarımmüdafiəçi cərimə meydançasına göndərilən asmanı kürəyi ilə tora göndərib.

Saatlı komandası bundan sonra irəli atılsa da, əlinə düşən iki imkanı boşa verib.

Elgiz Kərəmlinin çalışdırdığı kollektiv isə ikinci hissədə daha iki dəfə fərqlənib. Tahir Zeynalovla Əbil Əbilov 73-79-cu dəqiqə aralığında adını tabloya yazdırıb.

Beləcə, xallarını 7-yə yüksəldən və ən yaxın izləyicisindən uzaqlaşan "Dufai" turnir cədvəlinin 9-cu pilləsində yerini möhkəmləndirib. 3 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 40 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Tərlan Talıbzadə
Dördüncü hakim: Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Kamil Hüseynov, 11 (qeyri-idman hərəkəti); Əbil Əbilov, 50 (qeyri-idman hərəkəti); Bayraməli Qurbanov, 90 (qeyri-idman hərəkəti) // Fərid Nadirov, 16 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 21 (hakimin qərarına etiraz); Həmzə Əliyev, 36 (qeyri-idman hərəkəti); Davud Mahmudov, 60 (hakimin qərarına etiraz); Cavidan Rəhimli, oyundan sonra (qeyri-idman hərəkəti)
Qollar: Seymur Rəhimov, 7; Rəhman Quliyev, 17; Tahir Zeynalov, 74; Əbil Əbilov, 81
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 2 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
19. Rəsul İbrahimov
(16. Emil Quluzadə, 85)
6. Əzəmət Ələkbərli
71. Coşqun Əsədzadə
(99. Məqsum Qənbərli, 85)
28. Rəhman Quliyev
(10. Tahir Zeynalov, 67)
2. Seymur Rəhimov
(14. Samir Əliyev, 89)
9. Bayraməli Qurbanov
5. Əbil Əbilov
21. Benjamin Ebuka
(8. Ramin Süleymanov, 85)
32. Kristian Kamta

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
50. Qurban Hüseynov
Məşqçi: Aydın Qasımov

“Araz Saatlı”

1. Əmrah Məmmədli
11. Elnur Mustafazadə
10. Ravil Yusifli
7. Oqtay Məmmədov
17. Ceyhun Rəcəbli
4. Fərid Nadirov
44. Cavidan Rəhimli
20. Samir Məmmədov
6. Həmzə Əliyev
(66. Ənəs Şabanov, 67)
49. Rəvan Əvəzov (k)
(14. Samir Alıyev, 77)
15. Sequn Omotoşo

Ehtiyat oyunçular:

12. Məhəmməd Əhmədov
27. Şamil Abdullayev
22. Davud Mahmudov
8. Hazar Əmirov
24. Ülvi Əvəzov

Baş məşqçi: Rüfət Quliyev

Digər Xəbərlər
Xəbər Lenti