Müdafiə Nazirliyi Divizionda çıxış edən klubunu bağlayır?

9 Aprel 2017 13:15 I Divizion 829
Müdafiə Nazirliyi Divizionda çıxış edən klubunu bağlayır?

Mərkəzi Ordu İdman Klubunda (MOİK) ixtisarlar aparılacaq. Məlumata görə, 2016/2017 mövsümü başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir. Bunun futbol komandasının cari mövsüm çıxış etdiyi I Diviziondakı nəticələri və ya başqa səbəblərlə bağlı olduğu dəqiq bilinmir.

MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib. 2003/2004 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb (report).

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM