"Rəvan" baş katibdən randevu istədi: Bizimlə görüş, razılıq ver, yoxsa…

6 Aprel 2017 12:24 I Divizion 622
"Rəvan" baş katibdən randevu istədi: Bizimlə görüş, razılıq ver, yoxsa…

AFFA İntizam Komitəsinin (İK) martın 16-da baş tutan toplantısında ölkənin futbol tarixinə damğa vuracaq qərar qəbul olundu. Adı oyun alğı-satqısında hallanan iki klub - “Rəvan” və “Şərurspor” birinci diviziondan uzaqlaşdırldı. Qaraçuxur təmsilçisi İK-nin qərarından AFFA-nın Apellyasiya və Ekspert Komissiyasına şikayət edib.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi federasiyanın baş katibi Elxan Məmmədovdan randevu istəyib. Görüşməkdə məqsəd "Rəvan"ın çempionatda iştirakını yenidən təmin etmək deyil. Məqsəd "alverçi" ləkəsini rəsmən üzərlərindən götürməkdi. Əksi halda, bu xəmir hələ çox su aparacaq. I Divizion təmsilçisi "öldü var, döndü yoxdu" deyərək, qurumla hüquqi müstəvidə mübarizəyə hazır vəziyyətdədi.

Bu, klub sahibinin - Nuru Əliyevin qərarıdı. Tanınmış iş adamının planı belədi: AFFA məsələyə öz çərçivəsində baxmasa, məhkəmə orqanlarna müraciət olunacaq. Eyni zamanda, FİFA və UEFA-ya şikayət gedəcək. Əgər bu beynəlxalq təşkilatlar da işə əncam çəkməsə, "Rəvan" CAS-a (İdman Arbitraj Məhkəməsinə) baş vuracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti