"Futbolda keçən 1 gün bir ömürə bərabərdi. Çevrəmdə elə bir insan yoxdu ki, klub saxlasın. Heç kim mənim kimi dəli deyil ki, pulunu aparıb futbola xərcləsin" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un prezidenti Sərdar Bağırov deyib.
Danışılmış oyunlarda iştirak şübhəsi ilə AFFA İntizam Komitəsi tərəfindən I Diviziondan kənarlaşdırılan klubun rəhbəri haqqında yayılan yeni xəbərlərə münasibət bildirib: "Zaman özü hər şeyi həll edəcək. Bizim komandanı heç bir səbəb olmadan çempionatdan uzaqlaşdırıblar. Məni hansısaə əmllərdə sçlayanlar ortaya fakt qoya bilmirlər.
Əleyhimə mətbuatda şər-böhtan yazdırmaqdan başqa bir şey bilmirlər. Mən heç yerdə deməmişəm ki, Azərbaycanda "qumar" oynamayan adam tanımıram. Demişəm, elə bir adam ola bilməz ki, ya qatarda gedəndə kart, ya da çayxanada oturanda domino oynamasın. Haqqımda o qədər yalan-böhtan xəbərlər yazdılar ki, bu da hamının diqqətini mənə çəkdi.
Bilmək istəyirsizsə, mənim 1 manat da vergi borcum yoxdu. Yazırlar ki, hansısa restoranlar, şadlıq evləri mənimdi, amma gizlədirəm. Mən də deyirəm ki, hansını deyirsizsə, verirəm sizə, mənə lazım deyil. Çünki yoxdu. Kim olan şeyi verər? Əgər bu şadlıq evi mənimdisə, başqasının adında necə ola bilər? Demirlər, filan şadlıq evi Sərdar Bağırovundu? Gedin baxın, onun yiyəsi sizi içəri buraxır heç?
İstintaq 3 ay çəkdi. Bu müddətdə ona görə məni həbsdə saxladılar ki, müəyyən məlmatların hamısını yoxlasınlar. Səbəbi belə göstərdilər ki, azadlıqda olsam, istintaqın gedişinə mane ola bilərəm. Ölkədən çıxmağa "stop" qoyulmuşdu. Yalnız məhkəmə qərarını açıqlayandan sonra bunu götürdülər. İstənilən insan bu halla üzləşə bilər. İstintaq dövründə səni həbsdə də saxlaya bilər, çoldə də. Biz dövlətə əks gedə bilmərik. Qanunlar qarşısında boynumuz qıldan incədi. Dövlətimizin inkişafı üçün nə lazımdısa, biz də onu etməliyik. Hamı necə, mən də elə".

