Azərbaycan çempionatının debütantı nigeriyalı ilə müqavilə imzaladı - FOTOLAR

1 Dekabr 2023 14:40 I Divizion 1 378
Azərbaycan çempionatının debütantı nigeriyalı ilə müqavilə imzaladı - FOTOLAR

Son vaxtlar fəal transfer siyasəti aparan «Difai» bu istiqamətdə növbəti addım atıb.

I Liqada iddialı hala gəlmək istəyən «fədailər» ikinci legioneri sıralarına qatıb.

Ağsu klubu Valter Benjamin Ebukanı «rənglərinə bağlayıb». 19 yaşlı nigeriyalı ilə kontrakt mövsümün sonunadək nəzərdə tutulub.

Razılaşmaya əsasən, yarımmüdafiəçinin çıxışı klub rəhbərliyini qane edərsə, gələn ilin yayında anlaşmanın müddəti daha 1 il uzadılacaq.

Qarabağ qazilərinin təmsilçisi ondan öncə daha 3 oyunçu ilə güclənib.

AZAL-dan tanıdığımız müdafiəçi Kamil Hüseynov və «Neftçi»nin yetirməsi olan hücumçu İlham Allahverdiyev debütantın düşərgəsində yer alıb.

Həmçinin kamerunlu hücumçu Kristian Kamta ilə müqavilə qüvvəyə minib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…