I Divizionun 22-ci turunda “Şəmkir” doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. Sportinfo.az xəbər verir ki, Şəmkirin eyniadlı klubu matçın start fitinə uğurlu başlayıb. Bunun nəticəsi olaraq qarşılaşmanın 1-ci dəqiqəsində Ruslan Varansov "ağ-qırmızı"ları hesabda irəli çıxarıb. Gərgin mübarizə şəraitində keçən matçda rəqib "Qaradağ Lökbatan" klubu hesabı bərabərləşdirməyə çalışsa da, onların çabası heç bir nəticə verməyib. Əvəzində 77-ci dəqiqədə "Şəmkir"in hücumçusu Vusal Qarayev rəqibi cəzalandırıb.

