"Azərbaycan kuboku neçə ildi formal xarakter daşıyır, hamı bilir"

1 Aprel 2017 17:24 I Divizion 767
"Azərbaycan kuboku neçə ildi formal xarakter daşıyır, hamı bilir"

"Mənim fikrimcə, Azərbaycan kuboku bir neçə ildi formal xarakter daşıyır. Çünki hansı klubun kuboku qazanacağı məlumdu" - Sportinfo.az xəbər verir ki, bu sözlər fəaliyyətini dayandırmış "Abşeron"un prezidenti Yaşar Rüstəmova məxsusdu.

I Divizionun qalibi olmuş komandanın rəhbəri cari kubok yarışmasıyla bağlı düşüncələrini bölüşüb: "Mənim üçün son kubok "Neftçi" və "Xəzər Lənkaran" arasında keçirilən final oyunu oldu. Düzdü, orda futboldan sonra ara qarışdı, amma bunun hamısı idmanla əlaqəli idi, hər iki komandanın qalib gəlmək istəyi idi.

İndi isə hamısı "kukla"dı. Elə bilərsiz futbolçuları deyirəm, əstəğfirullah! Mən bu filmlərin, serialların rejissorlarından və bəstəkarlarından danışıram. Belə də ki, heç onları da təhqir etmirəm. Mən axı dünyanın ən böyük seyrcisi və tamaşaçısı olan TEATRdan danışıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti