Divizionda martın ən gözəl 5 qolu kim(lər) vurub? - VİDEO

1 Aprel 2017 17:12 I Divizion 579
Divizionda martın ən gözəl 5 qolu kim(lər) vurub? - VİDEO

Peşəkar Futbol Liqası Premyer Liqa ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Sportinfo.az xəbər verir ki, qrum 5-ci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək. I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir.

Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər PFL.az saytına daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər. Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdu.

Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir. Başa çatan mart ayının ən yaxşı qolu artıq saytımızda yerləşdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti