SOCAR artıq I Divizion klublarını maliyyələşdirmək istəmir?

31 Mart 2017 19:00 I Divizion 1 009
SOCAR artıq I Divizion klublarını maliyyələşdirmək istəmir?

SOCAR 2 aydı AFFA vasitəsilə maliyyələşdirdiyi I Divizion klublarına ödəniş etmir. Sportinfo.az-ın məlumatına görə, fedesasiyadan aşağı dəstə təmsilçilərinə neft şirkətinin onlara vəsait ayırmaqda çətinliklə üzləşdiyi bildirilib. Həmçinin xəbərdarlıq olunub ki, problem yaxın vaxtlarda həllini tapacaq, ancaq SOCAR-ın növbəti mövsümdən "ixtisar siyasəti" aparacağı gözlənilir. Yəni ki, bəzi komandaların maliyyəsinin birdəfəlik kəsilməsi düşünülür.

Hazırda I Divizionun 8 iştirakçısı birbaşa və ya dolayısı ilə neft şirkətinə bağlıdı. Onlardan yalnız "Səbail" "qara sürpriz"dən sığortalıdı. Bu da klubun AFFA və SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsusluğuna görə. Başqaları nə çətinliklərlə üzləşir-üzləşsin, "Səbail"ə bir zərər toxunmayacaq. Söhbət "Göyəzən", "Bakılı" kimi uzaq, "Turan Tovuz" və "Qaradağ Lökbatan" kimi yaxın məsafədən idarə olunan klublardan gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti