"Rəvan"ın sahibi Nuru Əliyev AFFA-dan yuxarı dairələrə şikayət edib. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı himayəsindəki klubun I Diviziondan uzaqlaşdırılmasından narazıdı. Ona daha çox yer edən adlarının oyun "alver"ində hallanmasıdı.
Aşağı dəstə təmsilçisi AFFA-nın İntizam Komitəsinin qərarından Apellyasiya və Arbitraj Komitəsinə şikayət verib. Əgər federasiya bu məsələyə yenidən baxmasa, "Rəvan" məhkəməyə müraciət edəcək. "Sığortaçılar"ın fikri qətidi. Doğrudan da, bu məsələni elə-belə qoymayacaqlar.
Nuru Əliyev yaxın çevrəsinə bildirib ki, klubun adını dəyişərək növbəti mövsüm I Divizionda iştirak etmək fikri yoxdu. "10 il futbola xidmət elədik, axırda bizə qoyduqları "hörmət" bu oldu. Heç kim mənim adıma bu ləkəni yaxa bilməz. AFFA-ya səhv qərar verdiyini sübut edəcəm. Bu qərar düzəldilməyənə qədər futbolda yoxuq".

