«Xəzər» debüt ilində I Divizionun çempionu oldu.
Yeni yaradılan klub 45 xal toplayaraq, qızıl medallara sahibləndi.
Buna baxmayaraq, AFFA onlara liseenziya vermədi, beləcə, növbəti mövsümü Premyer Liqada keçirmək hüququndan məhrum oldular.
Artıq komanda başsız qalıb. Elşad Əhmədov elitaya braxılan «Sabah»ın sükanı arxasına keçib. Onunla bərabər, 4-5 futbolçunun əks düşərgəyə yollanması an məsələsidi. Digər oyunçulara da başqa yerlərdən təklif alıb.
Sadəcə, hamısı «Xəzər»dən yaxşı üzlə, halallaşaraq ayrılmaq istəyir. Bunun üçün klub rəhbərliyi yenə əlini cibinə salmalıdı. Başbilənlər AFFA-nın son qərarından böyük məyusluq keçirsələr də, hər halda verdikləri sözü unutmamalıdılar.
Axı çempionluq müqabilində komandanın hər bir üzvünə 300 manat mükafat vəd ediblər. «Xəzər»lilər sonuncu dəfə 350 manat alıblar.
Səfərdə «Qaradağ Lökbatan»ı 3:1-lə devirib, liderlik qoltuğuna əyləşdiklərinə görə 200, «Zaqatala»nı 3:2 udub birinciliyi qarantiya altına aldıqları üçün 150 manat.
SPORTİNFO.AZ

