Əliyev: “Xəzər” lisenziya tələblərini yerinə yetirib

12 May 2018 18:12 I Divizion 1 393
Əliyev: “Xəzər” lisenziya tələblərini yerinə yetirib

I Divizionun çempionu “Xəzər”in növbəti mövsüm Premyer Liqada çıxışının sual altına düşməsi futbol ictimaiyyətində əks-səda doğurub.

Sportinfo.az xəbər verir ki, AFFA Bakı klubunun lisenziya tələblərindən biri olan bank zəmanəti şərtini yerinə yetirmədiyi üçün “Xəzər”ə qırmızı işıq yandırıb.

Əvəzində isə I divizionda hazırda V pillədə olan “Sabah”ın elitada “Kəpəz”i əvəzləyəcəyi gözlənilir. Lakin maraqlıdır ki, qış dövrəsində I divizion səviyyəsində iddialı transferlər edən “Xəzər”dən bu məsələlərə münasibət bildirilmir.

Doğrudanmı, “Xəzər” lisenziya tələblərinə riayət etməyib? Bu məsələ ilə bağlı klub rəsmisi, jurnalist Rəhim Əliyevə müraciət etdik. Onun cavabı belə oldu (oxu.az):

“Bizdə lisenziya məsələləri ilə ayrı şəxs məşğul olur. Məndə olan məlumata görə, “Xəzər” bütün tələbləri yerinə yetirib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti