I Divizionda 2017/2018-ci illər mövsümünün son turuna start verilib
Sportinfo.az xəbər verir ki, “Zaqatala”- “Turan Tovuz” oyunu 30-cu dəqiqədən etibarən dayandırılıb.
Buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olub. Qarşılaşma sabah saat 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək.
Son turda 3-cü yerin sahibi müəyyənləşib. "Şüvəlan" "Xəzər"i 2:0 hesabı ilə məğlub etməklə cari mövsümü 3-cü pillədə başa vurub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Öncə Şüvəlan komandasının üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib.
Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər" komandasına qızıl medallar və kubok təqdim olunub.
Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.
"Qaradağ Lökbatan" - "Ağsu" 0:1
QOL: Bəhlul Əliyev, 14
"Sabah" - "Mil-Muğan" 4:1
QOLLAR: Raul Yaqubzadə, 28, 47, Məhəmməd Alıyev, 40, Bayram Nuruzadə, 64 - Afin Bağırov, 87
“Binə” – MOİK 2:3
QOLLAR: Seymur Abdullayev, 16, əliağa Xudiyev, 86 - Bəhruz Teymurov, 21, Kamil Hüseynov, 35 (avtoqol), Mirkamil Əliyev, 75
QIRMIZI VƏRƏQƏ: Renat Aşurov, 37
“Şüvəlan” – “Xəzər” 2:0
QOLLAR: Murad Musayev, 17, Mübarək Şahquliyev, 21
| 1 | Xəzər | 27 | 15 | 5 | 7 | 40-18 | 50 |
| 2 | Qaradağ Lökbatan | 27 | 13 | 7 | 7 | 44-31 | 46 |
| 3 | Şüvəlan | 27 | 13 | 6 | 8 | 30-20 | 45 |
| 4 | MOİK | 27 | 13 | 5 | 9 | 40-32 | 44 |
| 5 | Sabah | 27 | 11 | 7 | 9 | 41-33 | 40 |
| 6 | Turan Tovuz | 26 | 11 | 5 | 10 | 34-33 | 38 |
| 7 | Binə | 27 | 10 | 5 | 12 | 33-36 | 35 |
| 8 | Mil-Muğan | 27 | 8 | 6 | 13 | 32-49 | 30 |
| 9 | Ağsu | 27 | 8 | 4 | 15 | 25-48 | 28 |
| 10 | Zaqatala | 26 | 4 | 6 | 16 | 23-42 | 18 |
|
Bəhruz Teymurov (MOİK) - 15 qol |
|||||||

