Divizionda hakimi söyən kim, özünü pis aparan kim…

8 May 2018 13:24 I Divizion 813
Divizionda hakimi söyən kim, özünü pis aparan kim…

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Mil-Muğan” – “Şüvəlan” matçında 89-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.

“Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.

Oyunun 82-ci dəqiqəsində “Xəzər”in futbolçusu Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Ağsu” – “Binə” matçında “Binə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Qalib Əmrahov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klubu 240 manat cərimə olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti