I Divizionda mövümün başa çatmasına 1 tur qalıb.
Hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan «Binə»nin ümumiyyətlə fəaliyyətini davam etdirməsi sual altına düşüb.
Bunun səbəbi yeni yaranmış klubun danışılmış oyunlarda iştirakıyla bağlı AFFA-da ciddi şübhələrin olmasıdı.
Federasiya konkret olaraq «Binə»nin 4 futbolçusunu «qara siyahı»ya salıb. AFFA-nın onlarla bağlı araşdırma aparması üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir.
Bu məqsədlə hətta qış fasiləsindən sonra «Binə»dən ayrılan oyunçuların bir-bir sorğu-suala cəlb olunduğu söylənilir (Sportinfo.az).

