AFFA bu klubun bütün sirlərini "sökməyə başladı"

4 May 2018 16:36 I Divizion 905
AFFA bu klubun bütün sirlərini "sökməyə başladı"

Bir neçə gün öncə xəbər vermişdik ki, AFFA 3 klubla bağlı ciddi araşdırmalara başlayıb.

Federasiya I Divizionda çıxış edən «Qaradağ Lökbatan», «Ağsu» və «Binə»nin danışılmış oyunlarda iştirakıyla bağlı yaranmış şübhələri incələyir.

Çünki bu komandaların oyuna Hindistanda fəaliyyət göstərən bukmeyker kontorlarında külli miqdarda pul qoyuluşu edilib. Söhbət hardasa 300 min dollardan gedir.

AFFA-ya bu barədə siqnal UEFA-dan daxil olub. Qurum gələn məlumatları «süzgəc»dən keçirmək üçün daha sonra hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Sportinfo.az-ın əldə etdiyi yeni məlumata görə, «Ağsu»nun rəsmiləri, məşqçi və futbolçuları AFFA-ya dəvət olunub.

Burda onlarla uzun-uzadı söhbət edilib, komandanın vəziyyəti, mövsümü uğursuz keçirməsinin səbəbləri və təbii ki, şübhəli görünən bəzi oyunlarıyla bağlı fikirləri öyrənilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti