"Diviziondan Premyer Liqaya qalxmaq ehtimalı olan komandalar var"

2 May 2018 17:12 I Divizion 1 106
"Diviziondan Premyer Liqaya qalxmaq ehtimalı olan komandalar var"

“Reqlamentə əsasən, Premyer Liqada sonuncu yeri tutan klub elitanı tərk etməlidi.

I Diviziondan elitaya qalxmaq ehtimalı olan komandalar var”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev deyib.

O bildirib ki, I Divizionda sənədləri qaydasında olan klublar var. Növbəti mövsüm Premyer Liqada komanda sayının 8-dən 10-a çatırılmasına gəlincə, S.Hacıyev bu məsələ ilə bağlı tam məlumata malik olmadığını vurğulayıb:

"Belə xəbərlərlə mətbuatda rastlaşsam da, rəsmi müzakirəsini eşitməmişəm. Hazırkı reqlamentə əsasən, Premyer Liqada 8 komandanın iştirakı nəzərdə tutulub. Yekunda İcraiyyə Komitəsi hansısa qərar qəbul edə bilər. Ola bilər ki, komanda sayı artırılsın. Son qərarı komitə verəcək”.

S.Hacıyev müvaini olduğu AFFA-nın baş katibi Elxan Məmmədovun I Divizion klublarını lisenziyalaşma prosesinə qeyri-peşəkar yanaşmaqda ittiaham etməsinə də toxunub:

“Klubların lisenziyalaşma prosesinə yanaşması istədiyimiz kimi deyil. Klubdan xahiş edirik ki, sənədi bizə belə formada təqdim etsin. Necə formada olmasını göstəririk. Yenidən həmin sənəd bizə qayıdır. Görürük ki, biz istədiyimiz kimi deyil.

Bu sənədləri beynəlxalq təcrübəyə əsaslanıb düzəltmişik. Sənəd istədiyimiz kimi doldurulmur. Bu proses belə davam edir. Kluba göndəririk, onlar da bizə təqdim edir. Belə yanaşma ilə üzləşirik. Bunu bütün klublara şamil etmək düzgün deyil. Amma bu hadisə bir neçə dəfə baş verib”.

Premyer Liqada cari mövsümün başa çatmasına 3 tur qalmış “Kəpəz”in I Diviziona düşməsi rəsmiləşib. Aşağı liqada isə sona 2 tur qalmış ilk pillədə "Xəzər" qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti