Hindistanda Azərbaycanın 3 klubuna 300 min dollarlıq "stavka" qoyuldu!

2 May 2018 17:24 I Divizion 1 326
Hindistanda Azərbaycanın 3 klubuna 300 min dollarlıq "stavka" qoyuldu!

AFFA 3 klubla bağlı ciddi araşdırmalara başlayıb.

Sportinfo.az-ın məlumatına görə, federasiya I Divizionda çıxış edən «Qaradağ Lökbatan», «Ağsu» və «Binə»nin danışılmış oyunlarda iştirakıyla bağlı yaranmış şübhələri incələyir.

Çünki bu komandaların oyuna Hindistanda fəaliyyət göstərən bukmeyker kontorlarında külli miqdarda pul qoyuluşu edilib. Söhbət hardasa 300 min dollardan gedir.

AFFA-ya bu barədə siqnal UEFA-dan daxil olub. Qurum gələn məlumatları «süzgəc»dən keçirmək üçün daha sonra hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!