“Səbail” Sumqayıtda vahid liderlik şansını boşa verdi

1 May 2018 10:24 I Divizion 657
“Səbail” Sumqayıtda vahid liderlik şansını boşa verdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 25-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə bir görüş tutub.

“Səbail” səfərdə “Sumqayıt”la qarşılaşıb. Qonaqlar bu görüşdə qalib gəlsəydilər, vahid liderə çevrilə bilərdilər.

Lakin qarşılaşma heç-heçə bitdiyindən turnir cədvəlindəki ikihakimiyyətlilik davam edib.

Turun digər oyunları: “Keşlə” - “Neftçi” 0:2, “Qəbələ” - “Kəpəz” 0:0, “Zirə” - “Qarabağ” 2:0.

“Sumqayıt” - “Səbail” 1:1
Qollar: Elvin Nəsibov, 75 - Asif Mirili, 66.

1 Səbail 25 14 4 7 41-31 46
2 Qəbələ 25 14 4 7 62-26 46
3 Zirə 25 11 6 8 32-30 39
4 Qarabağ 25 10 5 10 32-37 35
5 Keşlə 25 7 13 5 33-31 34
6 Sumqayıt 25 8 6 11 30-44 30
7 Neftçi 25 7 6 12 19-29 27
8 Kəpəz 25 2 10 13 12-33 16

Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti