«Premyer Liqada çıxış etmək üçün güclü maliyyə bazan olmalıdı, lisenziyalaşdırma proqramının tələblərinə cavab verməlisən».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun baş məşqçisi Rüfət Quliyev deyib.
I divizionda 6-cı mövsümünü keçirən mütəxəssisin bildirdiyinə görə, Aran klubu növbəti mövsümdə statusunu dəyişməyəcək:
«Yenə divizionda mübarizə aparacağıq. Ltsenziyalaşdırmanın əsas tələblərindən biri uşaq futbolu barədədi. Ağsu balaca rayondu, futbol nənələri olmayıb. Biz bu ənənənin əsasını yeni-yeni qoyuruq.
Premyer Liqada oynayası olsaq, bütün yaş qruplarımız olmalıdı. Bu da 9-10 komanda edir. İldən-ilə aşağı yaş qrupları üzrə komandalarımızın sayını artırırıq, lakin hələ o tələblərə cavab vermirik.
Ağsulu uşaqlar öz yaş qruplarında ölkə çempionatının final mərhələsinə vəsiqə qazanmağa başlayıb. Deməli, sistemli şəkildə gördüyümüz işlər nəticə verir. 2001-ci il təvəllüdlü 3 uşağı əsas komandaya götürmüşəm. İstəyirəm ki, tədricən diviziona alışsınlar.
Klubumuzun büdcəsi böyük deyil. Ona görə də biz Premyer Liqada oynaya bilmərik. Orda şərtlər çoxdu.
Düzdü, mən də artıq özümü Premyer Liqada sınamaq istəyirəm və fikirləşirəm ki, maliyyəmiz o qədər olsa, «Ağsu» sözünü orda da deyə bilər. Klubun sponsorları ilə bu haqda söhbətim olmayıb. Bizə nə tapşırıq veriləcəksə, onu da yerinə yetirəcəyik».

