Divizionun yeni ağası: "Xəzər", yeni "qapazaltı"sı: "Qaradağ"

27 Aprel 2018 18:12 I Divizion 940
Divizionun yeni ağası: "Xəzər", yeni "qapazaltı"sı: "Qaradağ"

Bu gün I Divizionda 25-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.

Lökbatanda zirvə savaşı olub. Belə ki, lider “Qaradağ Lökbatan” ən yaxın izləyicisi, 2 xal qabaqladığı “Xəzər”i qəbul edib.

Elşad Əhmədovun komandası qələbə seriyasını davam etdirəcəyi halda ilk dəfə lider olacaqdı. Dörd qolun qeydə alındığı qarşılaşma məhz qonaqların qələbəsiylə başa çatıb.

Nəticədə, “Xəzər” “Qaradağ Lökbatan”ı devirərək zirvəyə yüksəlib. MOİK “Mil-Muğan”la ev oyununda darmadağınla qalib gəlib. Ötən mövsümün qalibi “Turan Tovuz” isə səfərdə “Binə” üzərində inamlı qələbəyə sevinib.

“Qaradağ Lökbatan” – “Xəzər” 1:3
Qollar: Sabir Allahquliyev, 40 – Elmir Rəhimzadə, 32; 63. Bəxtiyar Soltanov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Elgün Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

MOİK – “Mil-Muğan” 3:0
Qollar: Bəhruz Teymurov, 43; 87. Kamil Nurəhmədov, 66.
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Ruslan Babayev, Elxan Müslümov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Binə” – “Turan Tovuz” 0:2
Qollar: Tuqay Alhüseynli, 60. Vüsal Səfərov, 75-avtoqol.
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Mehman Mahmudov, Nahid Xasıyev.
Binə qəsəbə stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti