"Klubumuzun Premyer Liqada çıxış etməsinə mən qərar vermirəm"

27 Aprel 2018 14:00 I Divizion 1 107
"Klubumuzun Premyer Liqada çıxış etməsinə mən qərar vermirəm"

«Düşünürəm ki, 4-cü yerə şansımız var. Ona görə də inldiki pilə ilə kifayətlənmək fikrimiz yoxdu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın baş məşqçisi Arif Əsədov deyib.

Dünən I Divizionun 24-cü turu çərçivəsində «Ağsu»nu qəbul edən və 4:0 hesablı qələbə qazanan debütant turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdırıb.

«Sabah» hazırda 36 xalla 5-ci pillədədi və MOİK-dən cəmi 1 xal geri qalır. Təcrübəli mütəxəssisin fikrincə, ilk dövrədə itirilən xallar olmasaydı, komanda medalçılar sırasında yer ala bilərdi:

«Yayda gec yığıldıq. Son anda dəqiqləşdi ki, «Sabah» divizionda çıxış edəcək. Həmin vaxt futbolçuların bir çoxu başqa klublarla müqavilə bağladığından, istədiyim heyəti formalaşdırmağa gec qaldıq.

Qış fasiləsində isə ciddi dəyişiklər etdik, amma bizə yenə vaxt lazım idi ki, yeni gələnlər kollektivə uyğunlaşsın. Gətirdiyim futbolçular artıq istədiyim oyunu nümayiş etdirir. Çempionata hazırkı heyətlə başlasaydıq, liderlər qrupunda olardıq.

İlk dövrədə çox xal itirdik. Cəmi 15 xal toplamışdıq və autsayderlər qrupunda idik. İndi isə 36 xalımız var və beşinci yerdəyik. Dördüncü yeri tutmağımız mümkündü. Cəmi iki tur qalıb, biz gərək 6 xal toplayaq, eyni zamanda, üstdəki rəqiblərin də xal itirməsinə ümid edək. Başqa variantı yoxdu».

Gələn sezon Premyer Liqada təmsilçilərin sayı 10-a qaldırılacaq və bu da I Diviziondan 2 komandanın vəsiqə qazanması deməkdi. "Sabah"ın maliyyə imkanları güclülər dəstəsində oynamağa imkan verirmi?

Əsədovun bildirdiyinə görə, bu məsələnin AFFA ilə klub rəhbərliyi arasında həll olunması gərəkir: «Mövsüm başlayanda qarşımıza Premyer Liqaya vəsiqə qazanmaq yox, daha yaxşı komanda yaratmaq hədəfi qoyulmuşdu.

Ona görə də biz də bu istiqamətdə işlər gördük. Birinci dövrədə bir sıra çətinliklərimiz oldu, amma növbəti dövrələrdə daha yaxşı çıxış etdik. Premyer Liqanın tələbləri isə başqadı. Rəhbərliyimiz mənimlə bu haqda danışmayıb.

Bura gələndə mənə demişdilər ki, yaxşı komanda formalaşdır. Əgər AFFA «Sabah»ın Premyer Liqada oynamasını istsə, mən yenə rəhbərliyimizin son sözünə baxacam. Qış fasiləsindən sonra yığdığımız heyətə bəzi əlavələr etsək, Premyer Liqada oynaya bilərik.

Əsas odu ki, komandanın «onurğa situnu»nu artıq yaratmışıq. Dörd-beş nəfər də götürsək, liqa səviyyəsinə çatarıq. Ancaq yenə deyirəm, Premyer Liqa planları haqda danışmaq mənim səlahiyyətim daxilində deyil. Buna rəhbərlik qərar verəcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti